Rusiya Qarabağda Türkiyə ilə ortaq hərəkət edəcəyini təsdiqlədi - Video+Fotolar

rusiya-qarabagda-turkiye-ile-ortaq-hereket-edeceyini-tesdiqledi
Oxunma sayı: 12598

Rusiya Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə ilə ortaq hərəkət edəcəyini təsdiqləyib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir:

“Danışıqlardan sonra Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət üzrə ortaq mərkəzin yaradılması haqqında memorandum imzalanıb”.

Memorandumla ortaq monitorinq mərkəzinin vəzifələri və prinsipləri müəyyənləşdirilib.

Qeyd edilib ki, atəşkəsə birgə nəzarət mərkəzi tərəflərin atəşkəsə əməl etməsi və əldə olunmuş razılaşmaları pozan digər hərəkətlər barədə məlumat toplayacaq və yoxlayacaq. Mərkəz, həmçinin, vizual müşahidə, pilotsuz uçuş aparatları vasitəsilə pozuntuları qeydə almalıdır və digər mənbələrdən alınan məlumatları qiymətləndirməlidir. Mərkəz əldə edilmiş razılaşmaların pozulması ilə bağlı şikayət, sual və ya problemlə məşğul olan orqana çevriləcək.