“Rusiya Üçüncü dünya müharibəsinin başlamasına imkan verməyəcək” - Medvedev

rusiya-ucuncu-dunya-muharibesinin-baslamasina-imkan-vermeyecek
Oxunma sayı: 1702

“Rusiya Üçüncü dünya müharibəsinin başlamasına imkan verməyəcək, lakin ölkəyə hücum olarsa, super gücü ilə cavab verəcək”.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib. 

"Müasir, etibarlı, təsirli silahların arsenalı bu gün də özünün və başqalarının əli ilə Üçüncü dünya müharibəsini başlatmağa hazır olanların ambisiyalarını soyudur. Biz belə vəziyyətə yol verməyəcəyik. Amma biz daim məcburuq xatırladaq ki, ölkəmizə hücum olarsa, onlar dərhal və fövqəlqüdrətli cavab vermək iqtidarındayıq. Dövlətimizə təhlükə yaradan istənilən təcavüzün qarşısını alacağıq”, - Medvedev qeyd edib.