Rusiya və Belarus birgə təlim mərkəzi yaradılacaq

rusiya-ve-belarus-birge-telim-merkezi-yaradilacaq
Oxunma sayı: 905

Rusiya və Belarus əsgərlərinin birgə təlim keçəcəyi mərkəz yaradılacaq.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin göstəriş verib.

Müvafiq olaraq, Rusiya Xarici İşlər Nazirliyinin iştirakı ilə Rusiya Müdafiə Nazirliyinə Belarus tərəfi ilə danışıqlar aparmaq və iki ölkə əsgərlərinin təlimi üçün mərkəzin yaradılması istiqamətində tapşırıqlar verilib.

Təlim mərkəzlərindən ikisinin Belarusda, birinin isə Rusiyada yaradılması nəzərdə tutulur.