Rusiyada eks-deputata 8,5 il həbs cəzası verildi

rusiyada-eks-deputata-85-il-hebs-cezasi-verildi
Oxunma sayı: 1378

Moskvanın keçmiş bələdiyyə deputatı İlya Yaşini Rusiya Silahlı Qüvvələri barədə yalan məlumat yaydığına görə 8,5 il müddətinə həbs olunub.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, Yaşin Rusiya Cinayət Məcəlləsinin 207.3-cü maddəsi ilə ittiham olunaraq azadlıqdan məhrum edilib.

Bildirək ki, o, 4 il müddətinə internet saytlarını idarə etmək hüququndan da azad olunub.