Rusiyada keçmiş bank meneceri ailəsi ilə birlikdə öldürülüb

rusiyada-kecmis-bank-meneceri-ailesi-ile-birlikde-oldurulub
Oxunma sayı: 1955

Moskvanın qərbində mənzildə bir qadının, kişinin və azyaşlı uşağın cəsədi aşkar olunub.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, istintaqçılar cəsədlərin kimə məxsus olduğunu aydınlaşdıra bilib.

Belə məlum olub ki, cəsədi aşkar olunan kişi iflasa uğramış “Smolensk” bankının keçmiş top-meneceri Mixail Yaxontovdur. Digər cəsədlər isə onun həyat yoldaşına və 8 yaşlı oğluna məxsusdur.

Cəsədlər üzərində zorakılıq əlamətlərinə rast gəlinib. Yaxontovun 57, yoldaşının isə 39 yaşı olduğu məlumdur. 

Hazırda qətlin motivləri aydınlaşdırılır.

Bununla yanaşı qeyd olunur ki, Yaxontov əvvəllər vəsait mənimsəməkdə və kredit müəssisəsini qəsdən iflas etməkdə ittiham olunub.