Rusiyada metroda partlayış, 10 ölü, 50 yaralı - Fotolar+Video

rusiyada-metroda-partlayis-10-olu-50-yarali
Oxunma sayı: 2005

Rusiyanın Sank-Peterburq şəhərində metroda partlayış baş verib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə yerindən çəkilən fotoları şahidlər sosial şəbəkələrdə yerləşdiriblər. Fotolarda yaralıların olduğu görünsə də, hadisənin baş vermə səbəbi və ölənlərlə bağlı hələ ki, məlumat yoxdur. 

Metropolitenin açıqlamasına görə, hadisəyə səbəb vaqonlardan birində naməlum predmetin partlaması olub. 

***

Sank-Peterburqda bütün metro stansiyaları baş verən faciə ilə əlaqədar bağlanıb. Partlayışda ilkin məlumata görə azı 10 nəfər ölüb. Ölkə başçısı Vladimir Putin baş verən hadisə ilə bağlı məlumatlandırılıb. “Partlayışın bütün, o cümlədən terrorizm versiyasına baxılacaq” deyə prezident Putin bildirib. 

***

Rəsmi açıqlama olmasa da, aralarında uşaqlar da olmaqla azı 50 nəfərin yaralandığı deyilir. Yaralılar vertolyotlarla ərazidən evakuasiya olunurlar.

***

Rusiya Baş Prokurorluğunun nümayəndəsi baş verən partlayışı terror hadisəsi adlandırıb.