Rusiyada nazir iş başında həlak oldu

rusiyada-nazir-is-basinda-helak-oldu
Oxunma sayı: 7766

Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçev xidməti vəzifəsini yerinə yetirərkən həlak olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiya FHN yayıb.

Məlumata əsasən, 55 yaşlı Yevgeni Ziniçev idarələrarası təlimlərdə bir insanın həyatını xilas edərkən həlak olub.

Qeyd edək ki, Yevgeni Ziniçev 2018-ci ildə Rusiyanın fövqəladə hallar naziri təyin olunmuşdu.

***

“RİA Novosti”nin məlumatına görə, Y. Ziniçevin nəşi bu gün xüsusi reyslə Moskvaya aparılacaq.