Rusiyada qazilərə 75 min veriləcək

rusiyada-qazilere-75-min-verilecek
Oxunma sayı: 2266

Rusiyada Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibətilə birdəfəlik ödəmə hər bir veteran üçün 75 min rubl (2070 AZN) və cəbhə işçiləri üçün 50 min rubl (1380 AZN) təşkil edəcək.

“Qafqazinfo”nun “Komsomolskaya pravda”ya istinadən verdiyi xəbərə görə, bunu Rusiya Prezidenti Vladimir Putin Leninqradın blokadadan azad edilməsində iştirak edən veteranlar və ictimai vətənpərvərlik təşkilatlarının nümayəndələri ilə görüşü zamanı söyləyib.

“75 ildir qələbəmiz var, buna görə də bu tarixlə əlaqədar kömək göstərəcəyik. Veteranlara və onlara bərabər tutulan bütün kateqoriyalara və arxa işçilərə 50 min rubl ayıracağıq”.

Xatırladaq ki, hər il 18 yanvar bütün Rusiya ərazisində Leninqradın blokadadan azad olunması günü kimi qeyd olunur.