Rusiyalı general Ukraynada yaralandı - Foto

rusiyali-general-ukraynada-yaralandi
Oxunma sayı: 3265

Rusiyalı general-mayor Oleq Çokov Ukraynada hazırda davam edən müharibə zamanı yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Məlumata görə, rusiyalı general Luqansk vilayətinin hazırda Rusiya ordusunun nəzarəti altında olan Svatovo şəhərində yaralanıb. Oleq Çokovun sentyabrın 20-si təxliyə olunduğu bildirilir.