Fransa prezidenti Emmanuel Makron Rusiyanın dövlət KİV-ləri olan RT və Sputniki “təsir və təbliğetmə orqanları” adlandırıb.
“Qafqazinfo” xəbər verir ki, RT France-nın jurnalisti seçki kampaniyası zamanı Makronun qərargahında akkreditasiya zamanı rus jurnalistlərin üzləşdikləri çətinliklərlə bağlı sual verib. Makron isə prezident Putinlə Versalda baş tutan mətbuat konfransında sualı cavablandırıb və Rusiya dövlət KİV-lərini həmkarının yanında tənqid edib:
“KİV-lər yalan, biyabırçı informasiya yayırsa, artıq onlar jurnalist deyillər, onlar təzyiq orqanlarıdırlar. Russia Today və Sputnik də həmin kampaniya zamanı bu cür təsir orqanları idilər. Onlar dəfələrlə şəxsən mənim və seçkiqabağı kampaniyam haqda yalan məlumat yaydılar. Buna görə də, qərara gəldim ki, onların mənim seçkiqabağı kampaniyam və qərargahımda işləri yoxdur”.
Son xəbərlər
Son Xəbərlər
