Ruslan Əliyevə yeni vəzifə verildi

ruslan-eliyeve-yeni-vezife-verildi
Oxunma sayı: 7338

“Azəriqaz” İstehsalat Birliyinin sabiq baş direktoru Ruslan Əliyevə “Azərenerji” ASC-də vəzifə verilib.

“Qafqazinfo” xəbər verir ki, o, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayevin imzaladığı əmrə əsasən,  qurumun departament direktoru təyin edilib.

Xatırladaq ki, R.Əliyev martın 11-də SOCAR prezidenti Rövşən Nəcəfin əmri ilə “Azəriqaz”ın baş direktoru vəzifəsindən azad edilib.