Rüşvətdə ittiham olunan bələdiyyə sədri həbsdə öldü

rusvetde-ittiham-olunan-belediyye-sedri-hebsde-oldu
Oxunma sayı: 2799

Həbsdə olan bələdiyyə sədri vəfat edib.
 
"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb. Orada müalicə alan məhbus, 1949-cu il təvəllüdlü Cavanşir Aslan oğlu Məmmədov xəstəlikdən dünyasını dəyişib.
 
Qeyd edək ki, C. Məmmədov Balaxanı qəsəbə bələdiyyəsinin sədri olub. O, 2010-cu ildə rüşvət almaqda ittiham olunaraq həbs edilib.