Rza Zərrab hansı şərtlərlə azadlığa çıxıb?

rza-zerrab-hansi-sertlerle-azadliga-cixib
Oxunma sayı: 4998

ABŞ-ın İranla bağlı sanksiyalarını pozmaqda ittiham edilən və 2016-cı ildə həbs edilən cənubi azərbaycanlı iş adamı Rza Zərrabın sərbəst buraxılmasının detalları məlum olub.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Zərrabın 2018-ci ildə məhkəməyə müraciət edərək girov qarşılığında azadlığa buraxılmağı istədiyi, hakim Riçar Bermanın da müraciəti qəbul etdiyi üzə çıxıb.

Zərrab 100 min dollar müqabilində verdiyi 5 milyon dollarlıq zəmanət məktubu təqdim edib. Məhkəmə şərtinə əsasən polis istədiyi zaman Zərrabın yaşadığı yerdə araşdırma apara bilər.

Həmçinin, iş adamı yalnız prokurorluğun ona təqdim etdiyi mobil telefondan, kompüterdən istifadə etməlidir.

O yalnız Florida və Nyu-Yorkun müəyyən bölgələrində icazəsiz səyahət edə bilər. Fərqli yerlərə getmək istəyərsə, prokurorluqdan icazə almalıdır. 

Xatırladaq ki, 2016-cı ildə ABŞ-da həbs olunan Rza Zərrab bu yaxınlarda Qoldsmis adı ilə atçılıq üzrə qurduğu işlə mediada görünməyə başlayıb. 

Həmçinin oxuyun: Rza Zərrab adını və işini dəyişdi - Fotolar