Saatlıda ağır qəza - Ölən və yaralanan var

saatlida-agir-qeza
Oxunma sayı: 732

Saatlı rayonunda 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 14-də saat 18 radələrində Saatlı rayonunun Qaranuru kəndi ərazisində rayon sakini Əli Ağayev idarə etdiyi "VAZ-2107" markalı avtomobili aşırıb.

Qəzada avtomobildə olan sərnişinlərdən azyaşlı qız Fatimə hadisə yerində ölüb, sürücü və digər sərnişin isə xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Saatlı RPŞ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.