Saatlıda ağır qəza, yaralılar var

Saatlıda ağır qəza, yaralılar var
Oxunma sayı: 1520

Saatlıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə Şirinbəy kəndində qeydə alınıb.

Belə ki, Şirinbəyli kənd sakini Cəfərov Elxan idarə etdiyi "Vaz-2107" markalı avtomobil ilə hərəkətdə olan zaman idarəetməni itirməsi nəticəsində avtomobil yol kənarına aşıb.

Nəticədə sürücü Elxan Cəfərov, Aygün Cəfərova, Xanım Cəfərova, Fərid Cəfərov və Elton Cəfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi