“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi - Video-Yenilənib

sabah-seferde-qarabagi-meglub-etdi
Oxunma sayı: 7132

Misli Premyer Liqasında 28-ci tur davam edir. 

“Qafqazinfo” xəbər verir ki, ikinci oyun günündə 2 matç keçiriləcək.

Turun mərkəzi oyununda “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Sabah”ı qəbul edəcək.

Hazırda Ağdam təmsilçisi 56 xalla ikinci, Masazır klubu isə 66 xalla birincidir. Qurban Qurbanovun komandası rəqibindən 1 oyun az keçirib. Çempionluq ümidini davam etdirmək üçün “Qarabağ” bu gün mütləq qələbə qazanmalıdır. 

***

Komandaların start heyətləri bəlli olub:

“Qarabağ”: 99. Mateus Koxalski 27. Toral Bayramov 10. Abdullah Zubir (k) 81. Kevin Medina 20. Kadi Borqes 2. Mateus Silva 9. Joni Montiel 18. Dani Bolt 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran

Ehtiyat oyunçular: 97. Fabian Buntiç 89. Amin Ramazanov 55. Bədavi Hüseynov 77. Ramil Şeydayev 22. Musa Qurbanlı 8. Marko Yankoviç 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 24. Jeremi Qnali

Baş məşqçi: Qurban Qurbanov

“Sabah”: 92. Stas Pokatilov (k) 6. Abdulla Xaybullaev 20. Coy Lens Mikels 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 11. Kahim Parris 19. Aron Maluda

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 10. Aleksey İsayev 2. Amin Seydiyev 5. Rəhman Daşdəmirov 9. Xəyal Əliyev 70. Cesse Sekidika 22. Zinedin Uld Xaled 99. Patrik Mbina 53. Andrey Santos 83. Stefan Ende

Baş məşqçi: Valdas Dambrauskas

Qeyd edək ki, “Qarabağ”da əsas heyətdən göndərilən Elvin Cəfərquliyevin yerinə bu gün meydana Toral Bayramov çıxacaq.

***

Matç başladı.

***

Coy Lens Mikels 14-cü dəqiqədə penaltidən qola yaxın olsa da, Mateuş Koxalski onun zərbəsini dəf edə bilir.

***

Abdulla Xaybullaev 45-ci dəqiqədə fərqlənir.

***

Fasilə.

***

İkinci hissə başladı.

***

Oyunun 46-cı dəqiqəsində yeganə qolun müəllifi A. Xaybullaev qırmızı vərəqə alaraq meydandan qovulur.

***

Matç başa çatdı. Turun mərkəzi qarşılaşmasında Masazır təmsilçisi səfərdə 1:0 hesabı ilə qələbə qazanır. Bununla da “Sabah” xallarını 69-a çatdırır. “Qarabağ” isə 56 xalla ikinci pillədə qərarlaşıb.