“Sabah” serbiyalı hücumçu transfer etdi

sabah-serbiyali-hucumcu-transfer-etdi
Oxunma sayı: 2527

“Sabah” heyətinə yeni futbolçu qatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsi paylaşım edib. 

Bakı klubu serbiyalı hücumçu Neqoş Kupusoviçlə 3 illik müqavilə bağlayıb.

“Srvena Zvezda”nın yetirməsi olan 23 yaşlı oyunçu karyerası ərzində Almaniyanın “Aue” (2019-2020), “Ayntraxt” (Braunşveyq, 2020-2021), Slovakiyanın “Trençin” (2021-2024) və “Dubnitsa” (2021-2022) klublarında çıxış edib. 

Neqoş “Sabah”da 29 nömrəli formada çıxış edəcək.