Sabah toyu olacaqdı, bu gün öldü... - - Faciə + Fotolar

sabah-toyu-olacaqdi-bu-gun-oldu-
Oxunma sayı: 6025


Bərdə rayonunun Mirzəxan kəndində bədbəxt hadisə nəticəsində gənc oğlan dünyasını dəyişib. 

“Qafqazinfo” xəbər verir ki, qız qaçırıb toya hazırlaşan gəncin  toy çadırı yas çadırına dönüb. Ağdam rayonundan məcburi köçkün olan 27 yaşlı Ramin İbrahimov ürək tutmasından vəfat edib. R. İbrahimov bir neçə gün əvvəl qız qaçırıb və yaxın günlərdə toyu olacaqmış. Rayonun Heydər Əliyev prospektində yerləşən avtoyuma məntəqəsində  işləyən Ramin İbrahimov  işdə olarkən ürək tutmasından  həyatını itirib. Hadisə yerinə təcili tibbi yardım gəlsə də, gəncin həyatını xilas etmək mümkün olmayıb.