Sabirabadda 56 yaşlı qadın intihar etdi

sabirabadda-56-yasli-qadin-intihar-etdi
Oxunma sayı: 1442

Sabirabadda 56 yaşlı qadın intihar edib.

"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Surra kəndində baş verib.

Belə ki, Surra kənd sakini, 1963-cü il təvəllüdlü Zeynalova Yeganə Əlibala qızı özünü yaşadığı evin həyətindəki tövlədə asıb.

Onun meyiti ailə üzvləri tərəfindən aşkar edilib.

Qeyd edək ki, Y.Zeynalova əsəb xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli