Sabunçuda bir neçə obyekt yanıb

sabuncuda-bir-nece-obyekt-yanib
Oxunma sayı: 1836

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan, bir dam altında tikilən, birmərtəbəli, müxtəlif təyinatlı obyektlərdən sahəsi 65 m² olan mağaza, bitişik, sahəsi 10 m² olan ofis otağı və sahəsi 25 m² olan köməkçi tikilinin tavanı və dam örtüyünün yanar konstruksiyaları yanıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

 Bildirilib ki, yaxınlıqdakı tikililər və ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.