Şahbuzda qəza - Ölən və yaralanan var

sahbuzda-qeza
Oxunma sayı: 2503

Dünən Şahbuz rayonunun Daylaqlı kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, Babək rayon sakini Ü.Bağırov idarə etdiyi “Hyundai” markalı avtomobillə Şahbuz şəhər sakini E.Salmanzadəni və Daylaqlı kənd sakini S.Bəşirlini vurub.

Nəticədə, E.Salmanzadə aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər piyada xəstəxanaya yerləşdirilib.

Şahbuz Rayon Polis Şöbəsində faktla bağlı araşdırma aparılır.