Sahibə Qafarova Cenevrədə Simonyanla görüşəcək

sahibe-qafarova-cenevrede-simonyanla-gorusecek
Oxunma sayı: 874

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcəklər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan teleqramda bildirib.

Onun sözlərinə görə, görüş oktyabrın 21-də baş tutacaq.

“Biz xanım Qafarova ilə uzun müddətdir görüşmürük və mən hazırkı vəziyyətdə bu görüşü çox vacib hesab edirəm. Ümid edirəm ki, yaxşı keçəcək”, - Simonyan qeyd edib.