“Sallivan bu həftə Moskvaya qayıdacaq” - Dövlət Departamenti

sallivan-bu-hefte-moskvaya-qayidacaq
Oxunma sayı: 818

ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan bu həftə Moskvaya qayıdacaq.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays müntəzəm brifinq zamanı bildirib.

“Səfir Sallivan bu həftə Moskvaya qayıdacaq, çünki biz Amerika maraqlarını təşviq etmək və iki ölkə arasındakı (münasibətlərdə) səhv riskini azaltmaq üçün Rusiya hökuməti ilə açıq əlaqə kanallarına sadiq qalırıq”, - o deyib.

Xatırladaq ki, Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov cari ilin martında Moskvada məsləhətləşmələr üçün Vaşinqtondan geri çağırılmışdı. Diplomatik nümayəndəlik rəhbərinin geri çağırılmasına Baydenin Putinlə bağlı açıqlamaları səbəb olmuşdu.

Bundan sonra Rusiya xarici işlər naziri Sergey Lavrov rəsmi Moskvanın C. Sallivana məsləhətləşmələr üçün Vaşinqtona getməsini tövsiyə etdiyini açıqlamışdı. Aprelin 20-də ABŞ Dövlət Departamenti Sallivanın Moskvanı tərk etməsi ilə bağlı qərarını elan etmişdi.

İyunun 20-də isə Rusiyanın ABŞ-dakı səfiri A. Antonov Birləşmiş Ştatlara qayıdıb