Salyanda kafe sahibi və 8 müştəri cərimələndi

salyanda-kafe-sahibi-ve-8-musteri-cerimelendi
Oxunma sayı: 1169

Salyan şəhərində "Şahmar" adlı kafenin karantin qaydalarını pozaraq müştərilərə yerində xidmət göstərdiyi aşkar edilib.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, obyektin fəaliyyəti dərhal polislər tərəfindən dayandırılıb.

Ora baxış zamanı kafenin sahibi və daha 8 müştəri saxlanılaraq Polis Şöbəsinə gətirilib. Müştərilər və obyekt sahibi barəsində inzibati qaydada tədbirlər görülərək hər biri cərimə ediliblər. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və onların diqqətinə karantin qaydalarına əməl etməyin vacibliyi bir daha çatdırılıb.