Salyanda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

salyanda-yasayis-binasinda-yangin-olub-sakinler-texliye-edilib
Oxunma sayı: 1340

Salyan şəhərində yaşayış binasında yanğın olub.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin mətbəxində 1 ədəd paltaryuyan maşın və mebel 0,5 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.