Şamaxı yolunda ağır qəza - 2 ölü, 3 yaralı+Yenilənib

samaxi-yolunda-agir-qeza
Oxunma sayı: 5676

Qobustanda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustandan keçən hissəsində baş verib.

İki “VAZ” markalı minik avtomobillərin toqquşması nəticəsində biri sürücü olmaqla, iki nəfər hadisə yerində ölüb.

Avtomobildə olan digər 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.

***

Bakı Şamaxı Yevlax yolunda baş verən qəzada ölən və xəsarət alanların kimliyi bəlli olub. Qəza zamanı hadisə yerində ölənlər Ağsu rayon Daşdəmirli kənd sakini, 1966-cı il təvəllüdlü Rüstəmov Əhmədağa Əhmədalı oğlu və Sumqayıt sakini, 1994-cü il təvəllüdlü Rufullayev Samir Cəfərxan oğludur.

Hadisə zamanı xəsarət alanlar,1961-ci il təvəllüdlü Şıxəliyeva Fəridə Balda qızı, 1964-cü il təvəllüdlü Rüstəmova Gülzar Balda qızı, Sumqayıt sakini, 1992-ci il təvəllüdlü Verdiyev Seyidağa Elçin oğludur.

Rəşad Mikayılov