Samet Aybaba Azərbaycan millisini çalışdıra bilər

samet-aybaba-azerbaycan-millisini-calisdira-biler
Oxunma sayı: 1968

Türkiyəli mütəxəssis Samet Aybaba Azərbaycan milli komandasını çalışdırmaq ehtimalları barədə danışıb.

“Qafqazinfo” xəbər verir ki, Aybaba AFFA rəsmiləri ilə görüşdüyünü deyib.

O, bu barədə “Fanatik”ə açıqlamasında məlumat verib:

“Azərbaycan milli komandasının maraqlanması doğrudur. Bununla bağlı görüşdüyümüzü də söyləyə bilərəm. Lakin hələ rəsmi anlaşma yoxdur. Danışıqlarımız davam edir”.