Samir Şərifov vəzifədən uzaqlaşdırılan rəisi işə bərpa etdi- - Açıqlama

samir-serifov-vezifeden-uzaqlasdirilan-reisi-ise-berpa-etdi-
Oxunma sayı: 4038


“Qafqazinfo” xəbər verir ki, modern.az saytının sorğusuna cavab olaraq Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Şəmkir rayonunda məişət zəminində baş vermiş hadisənin obyektiv araşdırılması üçün cari il avqustun 7-də Şəmkir rayonu üzrə Maliyyə İdarəsinin rəisi vəzifəsindən müvəqqəti olaraq kənarlaşdırılmışdı. Nazim Məlikov oktyabrın 29-da nazir Samir Şərifovun müvafiq əmri ilə vəzifəsinə bərpa olunub: 

“Belə ki, Şəmkir rayon Prokurorluğunun həyata keçirdiyi araşdırmalar nəticəsində sözügedən işdə cinayət tərkibi müəyyən edilməyib və beləliklə də Nazim Məlikovun vəzifəsindən azad edilməsi üçün səbəb qalmayıb”-deyə mətbuat xidmətindən bildirilib.