“Qafqazinfo”nun məlumatına görə, təqdimatda ilk olaraq “Samir” romanının müəllifi Əhməd Şahidov çıxış edərək bildirib ki, o, öz qəhrəmanını müdafiə etmir: “Mən öz qəhrəmanımı müdafiə etmirəm. Cəmiyyətə qarşı da çıxmıram. Sadəcə bir məşhur insanın həyatının reallığını yazmağa çalışmışam. Ünvanlanacaq tənqidlərə bəri başdan hazıram.
Bu vaxta qədər tanıdığınız Samirin görünməyən tərəflərini, sirlərini bilmək romanı çox danışılacaq kitablar sırasına daxil edəcək. Amma davamı da var. Çünki romanın “Samiraldo” adlanacaq ikinci hissəsi üzərində işləyirəm. Onun yaşadıqlarını bir hissəsində bütünləşdirmək elə də asan olmadı”.
Samiraldo öz nöbəsində onun həyatından yazılan roman haqqın da fikirlərini bildirib: “Azərbaycanda stilistin həyatından roman yazılması bir ilkdir. Sevinirəm ki, bu yenilik də mənim adımla bağlı oldu. İki il öncə Əhməd mənə həyatımdan bəhs edəcək roman yazmaq istəyini açıqlayanda bəzi tərəddüdlərim var idi. İstəmirdim oxucular acılarla dolu həyatımın detalları ilə tanış olsunlar. Son anda fikrimdən daşındım. Və Əhmədə söylədim ki, romanın yazılma prosesində iştirak etməyəcəm. Yəni uşaqlığımdan tutmuş bu yaşıma qədər bütün real hadisələri Əhməd özü araşdıraraq qələmə alıb.
Romanın məzmumunu açıqlamaq fikrim yoxdur. İçimdəki Samir və Samiraldonun bir-birilərini dəli kimi sevməsi tamlıqla öz əksini tapıb. Əminəm ki, enişli-yoxuşlu həyat yolumla tanışlıq çoxlarına maraqlı gələcək”.
Son xəbərlər
Son Xəbərlər