Samirənin 2-ci “Eurovision” mahnısını da yaydılar - Video

samirenin-2-ci-eurovision-mahnisini-da-yaydilar
Oxunma sayı: 2393

Azərbaycanı “Eurovision- 2020”də təmsil edəcək müğənni Samirə Əfəndinin yarışma üçün yazılan ikinci mahnısı da sosial şəbəkədə yayılıb.

“Qafqazinfo” xəbər verir ki, “Cleopatra” adlı bəstədən sonra “Scars” da qeyri-rəsmi şəkildə müsabiqənin fanları tərəfindən yutuba yerləşdirilib.

26 saniyədən ibarət mahnının demo versiyası daha sonra digər səhifələrdə paylaşılıb.

Qeyd edək ki, İctimai Televiziya mahnı və klipi rəsmi şəkildə martın 10-dək təqdim edəcək. Təşkilat komitəsi seçimi iki mahnı (“Scars” və “Cleopatra”) arasında aparır.