Samuxda kişi üç qonşusunu bıçaqladı - Daha sonra özünə xəsarət yetirdi

samuxda-kisi-uc-qonsusunu-bicaqladi
Oxunma sayı: 2278

Samux rayonunda kişi üç qonşusunu bıçaqlayıb, daha sonra özünə xəsarət yetirib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Çobanabdallı kəndində baş verib. 

Belə ki, 41 yaşlı Fədail Quliyev ilk olaraq qonşusu 22 yaşlı Ayxan Nəbiyevi bıçaqla vurub. Daha sonra isə onun anası Aynur Nəbiyevaya bıçaqla xəsarət yetirib. Ardından hadisə zamanı səs-küyə çıxan daha bir qonşusu 1960-cı il təvəllüdlü Həsənov Xaliq Zaman oğlunu bıçaqlayıb.

Daha sonra isə  F.Quliyevin özünə xəsarət yetirdiyi bildirilir. 

Qonşularını hansı səbəbdən bıçaqladığı isə hələlik məlum deyil.

Yaralılardan Aynur Nəbiyeva və oğlu Ayxan Nəbiyev Abbas Səhhət adına xəstəxanaya, digər şəxs Xaliq Zamanov isə üç sayı təcili tibbi yardım xəstəxanasına yerləşdirilib.

Yaralılar yüngül xəsarətlər alıblar.

Faktla bağlı araşdırma başlanılıb.

***

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Samux Rayon Polis Şöbəsinə rayonun Çobanabdallı kənd sakini 2001-ci il təvəllüdlü A. Nəbiyev və anası A. Nəbiyevanın daxilə keçən kəsilmiş-deşilmiş, 1960-cı il təvəllüdlü Xaliq Həsənovun isə ayaq nahiyəsindən kəsici alətlə xəsarət almaları barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1982-ci təvəllüdlü Fədail Quliyev saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Yunis Quliyev