Santuşu Abbasov, onu da köməkçisi əvəzləyəcək

santusu-abbasov-onu-da-komekcisi-evezleyecek
Oxunma sayı: 3636

Xəbər verdiyimiz kimi, Fernandu Santuşun istefaya göndərilməsindən sonra Azərbaycan yığmasını Ukrayna ilə matçda meydana U-21 yığmasının baş məşqçisi Ayxan Abbasov çıxaracaq. 

“Qafqazinfo”nun məlumatına görə, maraqlı məqam ondan ibarətdir ki, U-21 yığmamız da bu gün rəsmi oyuna çıxacaq. 

Komandamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bolqarıstanla qarşılaşacaq. 

Nəticədə Ayxan Abbasov baş məşqçi kimi bu gün iki oyun keçirəcək. Lakin o, U-21 yığmasının yanında ola bilməyəcək. 

Abbasovu Elnur Çodarov əvəz edəcək.