Sayğac oğruları saxlanıldı

saygac-ogrulari-saxlanildi
Oxunma sayı: 1355

Qaradağ rayonunda oğurluq baş verib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə ötən il dekabrın 10-dan 13-dək olan müddətdə qeydə alınıb. 

Rayon ərazisindəki 3 həyətyanı sahədə quraşdırılmış su sayğaclarını oğurlamaqda şübhəli bilinən Lökbatan qəsəbə sakinləri T.Rəhimli və E.Hüseynov saxlanılıblar.

Ətraflarında aparılmış tədbirlərlə onların rayon ərazisində daha 3 kanalizasiya quyularının, habelə Lökbatan qəsəbəsinin ərazisində su və kanalizasiya idarəsinə və Bakı Telefon MMC-yə məxsus quyuların qapaqlarını oğurlamaları da müəyyən edilib