SAZZ brendinin sahibi məhkəməyə verildi

sazz-brendinin-sahibi-mehkemeye-verildi
Oxunma sayı: 2251

Tanınmış internet operatoru SAZZ brendinin sahibi olan "AZQTEL" MMC barəsində məhkəmə iddiası qaldırılıb.

"Qafqazinfo" xəbər verir ki, Mərkəzi Bank tərəfindən şirkətə cərimə protokolu tərtib olunub və baxılması üçün məhkəməyə göndərilib.

Belə ki, şirkət valyuta tənzimi qaydalarını pozmaqda təqsirli bilinir.

Protokola Qaradağ Rayon Məhkəməsində baxılacaq. İddia təsdiqini taparsa, şirkəti ölkədən çıxardığı valyutanın 30 faizi məbləğinda cərimə cəzası gözləyir.

Qeyd edək ki, SAZZ 2010-cu ildə "AZQtel" MMC tərəfindən yaradılıb və ölkədə ilk simsiz internet xidməti təklif edən şirkət kimi tanınıb.

Nəzrin