Səfər Mehdiyev Andrey Strukovla görüşdü

Səfər Mehdiyev Andrey Strukovla görüşdü
Oxunma sayı: 628

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Rusiya Federasiyası Federal Gömrük Xidməti rəhbərinin müavini Andrey Strukov ilə görüşüb.

"Qafqazinfo" xəbər verir ki, komitə sədri Azərbaycan ilə Rusiya arasındakı mehriban qonşuluq və əməkdaşlıq münasibətlərindən məmnunluqla bəhs edib və iki ölkənin işgüzar, peşəkar əlaqələrə malik olan gömrük orqanlarının bu münasibətlərin inkişafına öz töhfəsini verdiyini diqqətə çatdırıb.

Komitə sədri Azərbaycanın xarici ticarət dövriyyəsində Rusiyanın xüsusi çəkiyə malik olduğunu vurğulayıb, iki ölkənin iqtisadi və ticarət münasibətlərinin daha da inkişaf etdirilməsi üçün mövcud olan əlavə imkanlardan səmərəli istifadə olunacağına əminliyini ifadə edib.

Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini A.Strukov Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, bütün sahələrdə, o cümlədən gömrük sferasında qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb, əlaqələrin perspektivlərindən danışıb.

Görüşdə, eyni zamanda, qarşılıqlı maraq doğuran bir sıra məsələlər barəsində fikir mübadiləsi aparılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi