“Səhər 5-dən gəlmişəm, olmuşam 19-cu adam” - Video

seher-5-den-gelmisem-olmusam-19-cu-adam
Oxunma sayı: 28518

Son zamanlar xəstəxanalarda uzun növbələr yaranıb.

“Qafqazinfo”nun İTV-yə istinadən məlumatına görə, xəstələr bildirir ki, onlar həkim qəbuluna düşmək üçün səhər erkən saatlarda xəstəxanalara üz tuturlar:

“Burada insanları incidən növbənin çoxluğudur. Həkim qəbuluna düşmək üçün saat 5-də gəlmişəm, olmuşam 19-cu adam. Qəbul zamanı da təxminən 2-3 saat orada gözləmişəm”.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) vurğulanıb ki, problemin həllinin tək çıxış yolu elektron növbənin tətbiq olunmasıdır. Elektron növbə sistemi isə 8-i regionlarda, 6-sı isə Bakıda olmaqla ümumilikdə 14 tibb müəssisəsində həyata keçirilir.