Şəhid atası vəfat etdi - Foto

sehid-atasi-vefat-etdi
Oxunma sayı: 3364

Vətən müharibəsində şəhid olan Səməd Hüseynzadənin atası Sətdar Hüseynzadə vəfat edib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edək ki, Səməd Hüseynzadə 1998-ci ildə İsmayıllı rayonunun Talıstan kəndində anadan olub. 2020-ci ildə Azərbaycan Dövlət Aqrar Univerisitetini bitirdikdən sonra hərbi xidmətə yola düşüb. Şəhidimiz ölümündən sonra  "Vətən uğrunda", "İgidiyə görə" və Ağdam, Xocavənd və Suqovuşanın azad olunmasına görə medalları ilə təltif edilib.