Şəhid kapitan İkinci Fəxri xiyabanda dəfn olundu - Fotolar + Yenilənib

sehid-kapitan-ikinci-fexri-xiyabanda-defn-olundu
Oxunma sayı: 7510

İyulun 10-da nəşi tapılan Vətən müharibəsi şəhidi kapitan Əkbər Pənahovun cənazəsi ailəsinə təhvil verilib.

“Qafqazinfo” xəbər verir ki, Əkbər Pənahovun nəşi bu gün Xətai rayonunda yaşayan ailəsinin evinə gətirilib.

Qeyd edək ki, şəhidimizin nəşi 9 aydan sonra tapılıb. Ə. Pənahovla sonuncu dəfə Murovdağda olarkən əlaqə saxlanılıb. Müharibənin gedişində düşmən tərəfi sosial şəbəkədə 31 yaşlı kapitanın hərbi biletinin şəklini yaymışdı.

***

Şəhid kapitan Əkbər Pənahov İkinci Fəxri xiyabanda dəfn edilib.