Səhiyyə Nazirliyi məşhur oteli cərimələdi

sehiyye-nazirliyi-meshur-oteli-cerimeledi
Oxunma sayı: 1941


“Qafqazinfo” Virtualaz.org saytına istinadən xəbər verir ki, dünən otelin hovuzunda iyrənc mənzərə yaranması barədə məlumat yayandan dərhal sonra Səhiyyə Nazirliyinin əməkdaşları ora gedərək qayda-qanun yaratmağa başlayıblar. Halbuki otelin administrasiyası və fitnes-mərkəzin rəhbərliyi gün ərzində inadkarlıq göstərərək hovuzda dezinfeksiya işləri aparmaqdan imtina edirdilər. Nəticədə Sanitar-Epidemioloji Stansiyanın briqadası otelə gedərək hovuzda müvafiq normalar çərçivəsində dezinfeksiya işləri aparıb.

Sanitar-Epidemioloji Stansiyanın rəisinin müavini Vaqif Abdullayev virtualaz.org saytına bildirib ki, “Hyatt Regency” oteli sanitar-epidemioloji normaları pozduğuna görə cərimələnib.

Xatırladaq ki, dünən səhər “Hyatt Regency” otelinin fitnes-mərkəzinin müştəriləri virtualaz.org saytının redaksiyasına müraciət edərək otelin hovuzunun suyunun nəcislə murdarlandığını, mərkəzin rəhbərliyinin isə suyu dəyişməkdən və hovuzu təmizləməkdən imtina etdiyini bildirmişdilər.