Şəhriyar Məmmədyarovdan heç-heçə

sehriyar-memmedyarovdan-hec-hece
Oxunma sayı: 925

Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat turnirinin 10-cu turunun oyunları keçirilib.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov növbəti turda ABŞ təmsilçisi Samuel Şankland ilə qarşılaşıb. Qara fiqurlarla oynayan şahmatçımız 29-cu gedişdə heç-heçəyə razılaşıb.

Qeyd edək ki, on turdan sonra Ş.Məmmədyarov 6 xalla 3-cü pillədə qərarlaşıb.

Turnir cədvəlinə 7 xalla hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen başçılıq edir.

Dairəvi sistem üzrə keçirilən yarış 13 turdan ibarətdir. Turnirdə 14 şahmatçı iştirak edir.