Şəkidə 2 uşaq anası soyuqdəymədən öldü

sekide-2-usaq-anasi-soyuqdeymeden-oldu
Oxunma sayı: 3214

Şəkidə iki uşaq anası soyuqdəymədən ölüb. 

"Qafqazinfo"nun məlumatına görə​ rayonun 1993-cü il təvəllüdlü İnçə kənd sakini İsayeva​ Xəyalə Qəhrəman qızı ötən gün axşam saatlarında​ yaxınları tərəfindən Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. X.İsayeva xəstəxanaya çox ağır vəziyyətdə qəbul olunub. Qəbul olunduqdan bir qədər sonra isə dünyasını dəyişib.

Yaxınlarının dediyinə görə, X .İsayevanın səhhətində bir neçə gündür ki, yüksək hərarətlə müşahidə edilən soyuqdəymə olub.

X.İsayevanın ölüm səbəbini dəqiqləşdirmək üçün onun meyiti məhkəmə tibbi ekspertiziyasına təhvil verilib.

Mübariz Muradov