Şəmkirdə kişi arvadı, oğlu, gəlini və nəvəsini yandırdı

semkirde-kisi-arvadi-oglu-gelini-ve-nevesini-yandirdi
Oxunma sayı: 4111

Şəmkirdə kişi yaşadığı evi yandırıb.

"Qafqazinfo"nun xəbərinə görə, hadisə rayonun Seyfəli kəndində baş verib.

Məlumata görə, kənd sakini, 1961-ci il təvəllüdlü Yaqubov Vəli Əkbər oğluna məxsus, 200 kvadratmetr sahəsi olan 5 otaqlı evdə baş verən yanğın zamanı ev sahibinin həyat yoldaşı - 1966-cı il təvəllüdlü Yaqubova Nüşabə, oğlu - 1988-ci il təvəllüdlü Vəliyev Əkbər, gəlini - 1988-ci il təvəllüdlü Vəliyeva Nərgiz və 4 yaşlı  nəvəsi Banu yanıq xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar. V.Əkbər, V. Nərgiz və azyaşlı övladlarının vəziyyəti ağır olduğundan reanimasiyaya yerləşdiriliblər.

Hadisə yerinə FHN-nin Şəmkir Yanğından Mühafizə hissəsinin iki avtomobili və canlı qüvvəsi cəlb olunub. Alov tez bir zamanda söndürülüb.

İlkin məlumata görə, evi sahibi V. Yaqubov qəsdən yandırıb.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli