Şəmkirdə könüllülər və polis aztəminatlı ailələrə yardım etdi - Fotolar

semkirde-konulluler-ve-polis-azteminatli-ailelere-yardim-etdi
Oxunma sayı: 1997

Şəmkirdə Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısınının alınması üzrə tədbirlər çərçivəsində sosial layihəyə başlanılıb. Layihə çərçivəsində Şəmkir rayon İcra hakimiyyətinin könüllüləri polis şöbəsinin əməkdaşları və xeyriyyəçilər yaşlı insanlara və aztəminatlı ailələrə yardımlar ediblər.

"Qafqazinfo" xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edildiyindən və bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan Şəmkir rayonunda bir sıra tədbirlər həyata keçirilir. Şəmkir Rayon İcra Hakimiyyətinin könüllüləri polis şöbəsinin əməkdaşları və xeyriyyəçi birliyinin üzvləri bu qəbildən olan ailələrə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar çatdırıblar.

Könüllülər tərəfindən xüsusi karantin rejimi dövründə yaşı 65-dən yuxarı olan və tənha yaşayan eləcədə aztəminatlı imtiyazlı ailələrlə dərman vasitələrinin alınması, evlərdə həkim müayinələrinin təşkil olunması kimi sosial xidmətlərin göstərilməsi də nəzərdə tutulur.

Ümumilikdə 23 yaşayış məntəqəsi üzrə 83 ailəyə ərzaq yardımı paylanılıb. Şəmkir Xeyriyyəçilər birliyinin dəstəyi ilə bu kimi aksiyalar davamlı olacaq.