“Sən hansı əxlaqdan danışırsan axı?”- - Ağadadaş

sen-hansi-exlaqdan-danisirsan-axi-
Oxunma sayı: 7042


“Qafqazinfo” axşam.az-a istinadən xəbər verir ki, “Niyə müğənniyə qız vermirlər” sualına ifaçı belə cavab söyləyib:

“Bütün sahələrdə dəyərli şəxsiyyətlər, sənəti sevdirənlər var. Bəziləri gündəmdə qalmaq üçün yersiz hərəkətlər, qalmaqallar edir, bu, yaxşının da ünvanına yazılır. Biz illərin hesabına hörmət qazanmışıq. Efirə çıxıb sənətlə yox, başqa məqamlarla yadda qalmağa çalışırlar. Nə gəldi danışırlar. İnsanlar da onlara baxanda deyir, müğənnidir də, buna niyə qız verim ki? Burada günah efirlərdədir: kimə gəldi söz verirlər. Heç bir ailə dəyərini bilməyən, insanların gözündə mənfi qadın kimi tanınan müğənni çıxıb ailədən danışır. 

Sən hansı əxlaqdan danışırsan axı? Sənə mən necə baxım? Müğənni kimi sənətə gəlirsənsə, gözəl oxuyan ol... Niyə başqa yola əl atırsan? Mən də müğənniyəm... Gənc olanda arxamca bir “ordu” gəlirdi, mesajlar yazırdılar. O sevgini qazanmışdım. Müğənni alnının təri ilə, gecəsini gündüzə qataraq övladını böyüdən şəxsiyyətdir. İndi pöhrə verib, efirə tökülüblər. Siyasətdən söhbət gedən yerdə də müğənni müzakirə olunur”.