Sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı razılığa gəlindi

serhedlerin-delimitasiya-ve-demarkasiyasi-ile-bagli-raziliga-gelindi
Oxunma sayı: 3428

“İlin sonuna kimi Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası mexanizmlərinin yaradılması ilə bağlı razılığa gəlindi. Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyasına heç bir maneə yoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin üçtərəfli görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

"Onu da qeyd etmək istərdim ki, mənim fikrimcə biz mühüm olan bir sıra məsələlər barədə razılığa gəldik. Onlardan birincisi bu ilin sonuna qədər mexanizmlər yaradılmasıdır. Biz iki dövlət arasında sərhədin demarkasiyası və delimitasiyası mexanizmlərini yaratmaq barədə razılığa gəldik. Ümidvaram ki, bu, tezliklə baş verəcək. Bu mexanizmlərin yaradılması üçün heç bir maneə yoxdur", - Putin qeyd edib.