“Sərnişin daşımalarında köklü dəyişiklik olacaq”

sernisin-dasimalarinda-koklu-deyisiklik-olacaq
Oxunma sayı: 2534


“Qafqazinfo” xəbər verir ki, R. Hüseynov qeyd edib ki, Qərb ölkərində avtobuslarda elektron topoqraflar qurulur: “ Bu da həmin nəqliyyat vasitəsinin gün ərzində iş müddəti zamanı hərəkət sürətinə nəzarət etməyə imkan verir. Belə rəqəmsal topoqrafların Azərbaycanda da tətbiq edilməsi  məsələsi gündəmdədir. Bununla bağlı Nəqliyyat Nazirliyi tərəfindən müəyyən təşkilati işlər görülüb. Avtobuslarla sərnişin daşımalarında rəqəmsal topoqrafların tətbiqi nəzərdə tutulur. Buna nəzarət Nəqliyyat və Daxili İşlər Nazirliyi tərəfindən həyata keçiriləcək. Yaxın vaxtlarda bu öz həllini tapmalıdır.

Sürət həddinin aşılmasına görə Cinayət Məsuliyyətinin nəzərdə tutulması məsələsi bəlkə də aktualdır. Bilirsiniz ki, sürət həddinin 60 km saatdan çox aşılması İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Buna görə 250 manat cərimə nəzərdə tutulub.

O ki qaldı avtobus sürücülərinin gündə səkkiz saatdan çox işləməsinə, bu həqiqətən təhlükəlidir. Biz bu məsələni Nəqliyyat Nazirlıiyi ilə bir neçə dəfə müzakirə etmişik. Bununla bağlı NN tərəfindən bu məsələnin həlli istiqamətində də  müəyyən addımlar atılır. Yaxın vaxtlarda avtobuslarla sərnişin daşımalarının təşkili məsələsi köklü sürətdə dəyişdiriləcək”.

Qeyd edək ki, bu günki iclasda deputat Qüdrət Həsənquliyev avtobus sürücülərinin sürət həddini aşması, avtobuslarda elekton cihazların qoşulmaması, sürət həddini aşmaya görə cinayət məsuliyyətinin nəzərdə tutulması kimi təkliflərlə çıxış edib.

Günel Türksoy