Sertifikasiyada minimum balı toplamayan müəllimlərin taleyi necə olacaq?

sertifikasiyada-minimum-bali-toplamayan-muellimlerin-taleyi-nece-olacaq
Oxunma sayı: 3439

Təhsil Nazirliyi təhsilverənlərin sertifikasiyasında minimum keçid balını toplamayan müəllimlərlə bağlı açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı tədbirdə Təhsil Nazirliyinin İnsan resursları mərkəzinin rəhbəri Nurlan İsmayılbəyli danışıb.

O qeyd edib ki, keçid balını toplamayan müəllimlər 1 il müddətində iş yeri saxlanılmaqla təkrar sertifikasiyada iştirak etmək hüququna malik olacaqlar:

"İlk dəfə işə qəbul olunanlar (5 il müddətində), hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) bu prosesdə iştirak etməyəcəklər.

Sertifikatlaşdırma prosesinin mərhələləri barədə ictimaiyyətə mütəmadi olaraq əlavə məlumat veriləcək.

İlkin olaraq ibtidai sinif müəllimləri bu sertifikasiyadan keçəcək. Beş il ərzində isə bütün müəllimlərin sertifikasiyadan keçirilməsi nəzərdə tutulur".

Gülnar Əliyeva