Sevgilisi ilə dalaşdı, qaçarkən faciəvi şəkildə öldü

sevgilisi-ile-dalasdi-qacarken-facievi-sekilde-oldu
Oxunma sayı: 4562

Bakıda gənc qız bədbəxt hadisə nəticəsində ölüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə oktyabrın 2-də, gecə 02 radələrində Xətai rayonu, Ağ şəhər ərazisində baş verib.

Həmçinin oxuyun: “Беременную жену и дочку убил дьявол, а не я” - Фото

1994-cü il təvəllüdlü A.Cəfərova Ağ şəhər yaxınlığında qeyri-rəsmi nikahda yaşadığı şəxslə görüşüb və onların arasında münaqişə baş verib. Bu zaman 28 yaşlı qız qaçaraq yaxınlıqda tikilməkdə olan binaya çıxıb. O, ikinci mərtəbədə olarkən ayağının altındakı taxta sınıb və aşağı mərtəbəyə yıxılıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan A.Cəfərova orada vəfat edib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Nizam Rza