“Simpsonlar”ın ssenaristi vəfat etdi

simpsonlarin-ssenaristi-vefat-etdi
Oxunma sayı: 1464

“Simpsonlar”ın ssenaristi Den Makqrat vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, 61 yaşlı ssenarist insult keçirib.

O, “Simpsonlar”ın ən yaddaqalan epizodlarının müəllifi kimi tanınır. Onun yazdığı bölümlər arasında “Boy-Scoutz ’n the Hood”, “Bart of Darkness”, bir neçə “Treehouse of Horror” epizodu və başqaları var.

Makqrat 1997-ci ildə “Homer’s Phobia” epizoduna görə “Emmi” mükafatına layiq görülüb.

O təkcə “Simpsonlar”da deyil, “Saturday Night Live”, “King of the Hill” və “Mission Hill” kimi məşhur layihələrdə də çalışıb.