Şirvanda səyyar görüşlər keçirilib - Fotolar

sirvanda-seyyar-gorusler-kecirilib
Oxunma sayı: 1441

Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən təsdiq edilmiş qrafikə əsasən, 2023-cü ilin oktyabr ayında şəhərin müxtəlif ərazilərində sakinlərlə 4 səyyar görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, səyyar görüşlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasətdən, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda şəhər üzrə müəyyən olunmuş tədbirlərin və yerli proqramlarda nəzərdə tutulan geniş abadlıq-quruculuq istiqamətində görülən işlərin və infrastruktur layihələrinin uğurla həyata keçirilməsindən danışılıb.

İ. Abbasov 15 oktyabr tarixində İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü ilə əlaqədar və Xankəndi şəhərində, Xocalı, Xocavənd, Ağdərə və Əsgəranda Azərbaycanın üçrəngli dövlət bayrağının ucaldılmasının tarixi hadisə olduğunu vurğulayaraq, görüş iştirakçılarını bu münasibətlə təbrik edib. 
Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də ictimai-siyasi sabitliyin daha da möhkəmləndiyini, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində xeyli işlərin görüldüyünü, su-kanalizasiya sisteminin yenidən qurulması, küçələrin işıqlandırılması, nümunəvi məhəllələrin, yaşıllıqların salınması işlərinin davam etdirildiyini qeyd edərək, Şirvan şəhərinin 2024-2028-ci illər üçün “Yeniləşən Şirvan” sosial-iqtisadi inkişaf proqramında nəzərdə tutulmuş tədbirlər barədə məlumat verib.

İlqar Abbasov əhalinin yaşayış sahələrinə olan ehtiyacının ödənilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar Şirvan şəhərində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa ediləcək "Yeni Şirvan Yaşayış Kompleksi”nin tikintisinə hazırlıq işlərinin başlanıldığını bildirib. Ümummilli lider Heydər Əliyevin siyasi kursuna daim sadiqlik nümayiş etdirən, qazandığı nailiyyətləri ilə suveren Azərbaycanın iqtisadi qüdrətinin artırılmasında yaxından iştirak edən Şirvan şəhərinin respublika tabeli şəhər statusu almasının 60 illik yubileyinin qeyd edilməsinə hazırlıqla əlaqədar bir sıra işlər görüldüyünü, şəhər İcra Hakimiyyəti başçısının 24.08.2023 tarixli, 201 nömrəli “Şirvan şəhərinin 60 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı ilə Şirvan şəhərinin 60 illik yubileyi ilə əlaqədar “Tədbirlər Planı”nın təsdiq edildiyini diqqətə çatdırıb.